Cıdır düzündə 29 il əvvəlki şəkli ilə FOTO ÇƏKDİRDİ

Musiqiçi, Əməkdar artist Fuad İbrahimov Cıdır düzündə 29 il əvvəlki fotosu ilə yeni şəkil çəkdirib, paylaşıb. Onun bu paylaşımı geniş marağa səbəb olub. SİA xəbər verir ki, sənətçinin 29 il əvvəlki fotosu Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınıb.

"1992-ci ilin yanvar ayında, 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr olduğu kimi bizi də helikopterlə Cıdır düzündən evakuasiya etdilər. O günləri heç vaxt unutmayacam. Həmin gündən hamımız olduq məcburi köçkün.... Nə duyğular yaşadığımı söz ilə ifadə etmək mümkün deyil", - o bildirib.

Qeyd edək ki, əməkdar artist Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib.

Fotonun müəllifi fotoqraf Vüqar İbadovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...