"Koronavirus insana cəhənnəm əzabını yaşadır" - AÇIQLAMA ÖZƏL

"Koronavirus infeksiyası həyatımızın yol yoldaşımıza çevrilib. Bütün dünya bu infeksiyaya qarşı dərman və ya vaksin icad etməyə çalışsa da təəssüf ki, bu günə kimi konkret hər hansı dərman vasitəsi icad olunmayıb. Məhz peyvəndin olmaması koronavirusa yoluxanların gündəlik dinamikasının kəskin artmasına gətirib çıxarıb. Koronavirus vəzifə və ya sosial status tanımır. Hər bir insan bu virusa yoluxa bilər və heç kim bundan sığortalanmayıb. Virus hər yerdə var. Sadəcə ətrafında olan bir insanın ehtiyatsızlığı sizin də yoluxmasına səbəb ola bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, mən özüm də bu virusdan əziyyət çəkmişəm: "İnandırım sizi koronavirus insana cəhənnəm əzabını yaşadır. Ən əsası da odur ki, bu virusa yoluxmuş insanı müalicə etmək üçün birbaşa təsir edəcək dərman preparatı da yoxdur. Həkimlər ÜST-ün protokollarına əsasən müalicə təyin edir və iynə-dərman müalicə kursunu həyata keçirirlər. Amma virusun inkubasiya dövrü başa çatana qədər əzab çəkməli olursan. Hətta bəzi xəstələr isə təəssüf ki, bu əzaba dözə bilmirlər və dünyasını dəyişirlər. Mənim insanlara tövsüyyəm odur ki, koronavirus simptomunu özündə hiss edən kimi dərhal müayinədən keçsinlər. Testin cavabı müsbət çıxdığını görən kimi də dərhal müalicəyə başlanılsın. Burda dədə-baba qaydaları ilə müalicə almaq fikrinə düşüb vaxtı öldürmək tamamilə yanlışlıqdır. Əgər kimlərsə müalicə üçün həkimə gec müraciət edirsə və ya buna o qədər ciddi yanaşmırsa, o hamıdan çox əziyyət çəkən olur".

A.Badamov vurğulayıb ki, hər bir şəxs özündə hərarət hiss edən kimi təcilli həkimə müraciət etməlidir: "Əgər şəxs koronavirusa yoluxan kimi dərhal özünü izolyasiya etməzsə təbii ki, yoluxdurma zəncirini genişləndirmiş olur. Birinci növbədə ailə üzvülərini yoluxdurmuş olur, sonra da yaxın təmasda ola biləcək hər kəsi. Ona görə də birinci növbədə şəxsi izolyasiya olunmaq hər şeydən vacibdir. İkincisi isə həkimlərin məsləhəti ilə ÜST-in protokollarına əsasən müalicə kursunu keçmək və tam sağalanana qədər izolyasiyada qalmaq. Yoluxmamaq üçün isə qorunmaq lazımdır. Qorunmaq, yəni tibbi maska taxmaq, sosial məsafəni gözləmək, gigiyenik qaydalara riayət etmək koronavirusdan canınızı qurtarmağınıza imkan verəcək. Hardasa imkan yaratdığınız kiçicik bir səhviniz koronavirusa sizi yaxalanması üçün verdiyiniz imkandır. Ona görə də hamıya hər yerdə tibbi maskanı taxmağını tövsüyyə edirəm. Bu, ən azından sizin sağlamlığınız üçün vacibdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...