İşğaldan azad olunan torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır ŞƏRH

Bu gün Vətən oğulları vətənin müdafiəsinə qalxıblar. Ali Baş Komandanın əmrinə hər an hazır olan oğullarımız erməni işğalında olan torpaqlarımızın düşmən tapdağından azad olması üçün son damla qanına qədər vuruşaraq vətən torpağına şəhid qanı tökürlər. Minlərələ mübariz oğullarımız düşmənə kim olduqların və onların kim olduqlarını bir daha göstərir. Torpaq şəhidsiz azad olmur. Sentyabrın 27-dən başlayaraq vətən torpaqlarının müdafiəsinə hazır olan Azərbaycan oğulları işğalda olan torpaqlarımızı qarış-qarış azad edirlər. Qələbə soraqları hər bir Azərbaycan övladını sevindirir. İşğaldan azad olan tarixi torpaqlarımızda Azərbaycan bayrağının dalğalandırılmasından fərəhli nə ola bilər?! 30 ilə yaxın bir dövrdə yaşanılan həsrətə son qoyulması əlbəttə ki, xalqın tarixinə silinməz tarixləri həkk edir. Demək olar ki, hər səhərimiz qələbə sorağı ilə açılır. Ali Baş Komandanın qətiyyətli mövqeyi ordumuzda, əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb. İşğalda azad olunan rayonlarımız sırasında Cəbrayıl rayonunun da adı var. Cəbrayıl şəhərin və kəndlərinin işğaldan azad olunması xalqımızı bir-beş sevincini artırmış oldu.

Qeyd edək k, Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşıblar. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. 2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Bu gün Azərbaycan Respublikası Milli ordusunun keçirdiyi əks-hücum əməliyyatı zamanı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgər, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və digər kəndləri, eləcə də Cəbrayıl şəhəri Ermənistan işğalından azad olunub.

MÜSTƏQİLLİK GÜNÜMÜZDƏ XUDAFƏRİN KÖRPÜSÜNÜN ÜZƏRİNDƏ 27 İL SONRA ÜÇRƏNGLİ AZƏRBAYCAN BAYRAĞI UCALDILDI

Xatırladaq ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Bu ərazi özünün relyefi, tarixi abidələri ilə zəngindir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq olub. Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur. Ziyarətgahları sırasında Balyand kəndində yerləşən Xırda pir, Tinli kəndində Çaxmaq piri, Hacılı kəndində Müqəddəs Düldül ziyarətgahı, Yarəhmədli kəndində Pir Əhməd, Böyük Mərcanlı kəndində Lalə ocağı,Əfəndilər kəndində Seyid ocağı, Hovorlu kəndində Sarı ocaq və onlarla belə ziyarətgahlar insanlanı inac yerləridir, müqəddəs sandıqları məkanlardır. Tarixi memarlıq abidələrinə gəlincə isə, Mazan nənə türbəsini, Mərmərnənə məqbərəsini, Daş məqbərə, Dairəvi türbə, Xanəgah, Canqulu, Qumtəpə kurqanları və s. bu torpğınqədim tarixindənxəbər verən nümunələrdir. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. Körpünü inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.1993-cü ildə mənfur ermənilərin ərzimizi soxulması nəticəsində körpüyə ciddi zərər dəyişmişdir, hazırda körpünün müəyyən hissəsi durur

Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı. Xalqımıza hər gün çatdırılan zəfər xəbərlərində yaxın zamanda QARABAĞ DÜŞMƏNDƏN TAM AZAD OLUNDU müjdəsi də veriləcək. O gün lap yaxındadır!

Nəzakət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...