Türkiyə ilə Azərbaycanı birləşdirən ortaq cəhətlər var

Bu real faktdır ki, Ermənistanın faşist xislətli küçə “demokratı” Nikol Paşinyan bu günə kimi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bütün beynəlxalq görüşlərdə verdiyi ibrət dərsdən bir nəticə çıxara bilməyib. Bu aksiomadır, çünki baş düşüləsi boş başla nə ibrət dərsi götürə bilər. Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərir. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu günlərdə dövlət başçımızın Azərbaycan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm informasiyaları haqqında bildirib ki, Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır: "Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nidaişarəsi".

İşğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan Azərbaycandır. Dünya birliyinin Ermənistana “dur!” deməsinin zamanıdır.

Baxmayaraq ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə qədər öz missiyalarını regiona turist səfərlərində görürlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısı İlham Əliyevlə telefon əlaqəsi yaratması, Türkiyənin hər zamankı kimi, bu günlərdə də Azərbaycanın yanında olduğunu bildirməsi, həmçinin qardaş ölkənin digər rəsmilərinin hər an Azərbaycanın haqq mübarizəsi ilə bağlı fikirlər səsləndirmələri, mətbuat səhifələrinin manşetinə Azərbaycanın Ordusunun əks-hücum əməliyyatları nəticəsində uğurlarını çıxarmaları bu birlikdən qürur hissi keçirməyimizə əsas verir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş ölkə Prezidentinin ən yüksək tribunalardan dünyanı ikili siyasətinə son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünyadan ədalətli mövqe gözlədiyini bəyan etməsi bu birliyimizin təcəssümüdür. yulun 12-dən dünyanın müxtəlif ölkələrində soydaşlarımızın Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdikləri aksiyalarda Türkiyənin diaspor təşkilatlarının fəal iştirakını da xüsusi qeyd etməliyik.

Azərbaycan Prezidenti istər xalqa müraciətində, istərsə də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın bu təxribatlarının əsl səbəblərini ictimaiyyətə açıqlamaqla yanaşı, bu əminliyi də ifadə edib ki, bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır!

İntizar Rzayeva, Ramana bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə