Fəaliyyətinə icazə verilmiş şəxslər bu qaydada çalışacaq OPERATİV QƏRARGAH

"İctimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Həftə sonları fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan şəxslər fərdi avtomobillərdən istifadə edə bilərlər. Eyni zamanda xidməti avtomobillərdən də fəaliyyətinə icazə verilmiş şəxslər istifadə edə bilər". Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri bildirib ki, apteklər bağlı olduğundan, xəstəliyi olan şəxslərin anidən vəziyyətində dəyişiklik olduqda onlara müvafiq xidmətlər təcili yardım vasitəsilə göstəriləcək: "Bu dövr ərzində xəbər saytlarının ev ofisi şəraitində çalışmaları lazımdır. Televiziya işçiləri isə məhdud sayda işə cəlb edilməlidir. Müsahibə və reportajlar onlayn qaydada götürülməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə