Bərdə-Çörək” ASC 150 ailəyə ərzaq yardımı edib - FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı ailələrə, imkansız şəxslərə dəstək məqsədilə “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevin təşəbbüsü ilə ərzaq yardımı kampaniyası keçirilib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, aksiya çərçivəsində çörək zavodunun rəhbərliyi tərəfindən Bərdə rayonunda 150 aztəminatlı və şəhid ailəsinə, həmçinin Qarabağ müharibəsi əlilləri və imkansız şəxslərə ərzaq bağlamaları paylanılıb.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə