İşsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində - 190 manat birdəfəlik ödəmə veriləcək. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

Sənədə əsasən, bu, 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə