"Operativ Qərargahın tələblərinə əməl etmək borcumuzdur" - Millət vəkili

"Koronavirus təhlükəsinin dünyada getdikcə artdığını nəzərə alaraq ciddi qabaqlayıcı tədbirlərin görüldüyünü hər kəs anlamalı və buna sözsüz əməl etməlidir. Çünki indiki bir məqamda insanların bu qorxunc xəstəliyə yoluxmaması və kənar şəxslərə yaymaması üçün hər birimizin də üzərinə mühüm vəzifələr düşür. Sadəcə olaraq qarantin dövründə Evdə qalmalıyıq". Bu nu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

"Lakin əfsusular olsun ki, Azərbaycan dövləti tərəfindən bütün vacib tədbirlərin görülməsinə baxmayaraq bu qaydalara hələ də bəzi şəxslər tərəfindən əməl olunmur. “Evdə qal, sağlam ol” kampaniyasının mahiyyətini yetərincə dəyərləndirməyən vətəndaşlar isə həm öz həyatları, həm də doğmaları, yaxınları, o cümlədən cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər. Halbu ki, ölkəmizdə bu virusun qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması dövlət rəhbərliyinin ciddi nəzarətindədir və bu istiqamətda mütəmadi tədbirlər həyata keçirilir. Bizlərin isə yeganə vəzifə borcu qaydalara əməl etməklə özümüzü və xalqımızı qorumaqdır", deyə millət vəkili bildirib.

A.Hüseynov sonda onu da vurğulayıb ki, hər birimiz tam məsuliyyət hissi ilə həmrəylik və birlik nümayiş etdirməklə pandemiyaya qarşı birgə mübarizə aparmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...