Hesablama Palatası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürəcək

Hesablama Palatasının kollegiya üzvləri və struktur bölmə rəhbərləri ilə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Opertiv Qərargahın qərarlarından irəli gələn məsələlərin həlli, qarşıda duran vəzifələrin icrası və əməkdaşların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər və 2019-cu il qurumun fəaliyyəti ilə bağlı hesabatı barədə müzakirələr aparılıb. Palatanın mətbuat xidmətindən SİA-ya bildirilib ki, müzakirələrdə koronavirus infeksiyasına qarşı mübarizə istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl edilməsi ilə bağlı tapşırıqlar verilib.

İnfeksiyanın qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləmək və həmrəylik məqsədilə kollektivin müraciətini diqqətə alaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürülməsi barədə qərar qəbul olunub və bu işin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov xüsusi rejimdə rəhbər şəxslərin fəaliyyətinin təşkil olunması, iclasların, müzakirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi ilə bağlı tapşırıqlar verib. Palatanın 2019-ci il üçün fəaliyyət hesabatı müzakirə edilib və Milli Məclisə göndərilməsi qərara alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...