Elmi konfrans: XXI əsr fiziologiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsi, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə aprelin 10-da gənc alim və mütəxəssislərin “XXI əsr fiziologiyası” adlı elmi konfransı keçiriləcək. Fiziologiya İnstitutundan SİA-ya bildirilib ki, akademik Abdulla Qarayevin 110 illik yubileyinə həsr edilən konfransda müasir fiziologiyanın və əlaqəli elmlərin fundamental və tətbiqi problemləri diqqət mərkəzində olacaq.

Konfransda 40 yaşadək gənc alim və mütəxəssislər iştirak edə bilər. İştirak etmək istəyənlər bu ünvana müraciət edə bilər: Bakı şəhəri, Şərifzadə küçəsi, 78. Elektron poçt: farkhadrust@gmail.com, tel.: (994 12) 432-15-20 (təşkilat komitəsi), (994 77) 388-80-81 (məsul katib Fərhad Rüstəmov).

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...