Qatarlara bilet satışı qaydaları dəyişdirilib

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən SİA-ya bildirilib ki, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər.

Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə