Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat vəsait ayırıb

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, voleybol üzrə qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakı, ölkəmizi layiqincə təmsil etməsi nəzərə alınaraq, respublikamızda voleybolun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə