Gəncədə döyülmə faktı qeydə alınıb. SİA xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Təranə Hüseynova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edərək ailə münaqişəsi zəmində qardaşı tərəfindən döyüldüyün bildirib.

Müayinə zamanı ona sağ bud nahiyəsinin yumşaq toxumasının əzilməsi diaqnozu qoyulub. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə