Heydər Əsədov beynəlxalq sərgidə iştirak edir

Türkiyə Respublikasının Antalya şəhərində 2016-cı ilin 21-23 aprel tarixlərində EXPO 2016 Antalya Beynəlxalq Bağçılıq Sərgisi keçirilir. Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Heydər Əsədov Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə 2016-cı ilin 22 aprel tarixində EXPO 2016 Antalya Beynəlxalq Bağçılıq Sərgisində iştirak etmək məqsədi ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib.

Səfər çərçivəsində Faruk Çelik də daxil olmaqla, sərgidə iştirak edəcək digər dövlətlərin kənd təsərrüfatı nazirləri ilə görüşlərin keçirilməsi, ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirə olunması, eləcə də Türkiyənin aqrar sahədəki potensialı ilə yaxından tanış olmaq nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən sərgidə Azərbaycan pavilyonu 2.000 kv.m-ə yaxın sahəni əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə