Yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib FOTO

Samux rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, iştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Bu il tam orta məktəbi bitirən 256 nəfər müxtəlif ali təhsil ocaqlarına sənəd verib. Onlardan 136-sı tələbə adına layiq görülüb. 21 nəfər 500-700 arası bal toplamağa müvəffəq olub. Əvvəlki illərlə müqayisədə bu il bütün məktəblərdən qəbul qeydə alınıb. Son illər ərzində rayon müəllimlərindən 5-i tərəqqi medalına, 5-i əməkdar müəllim, 4-ü qabaqcıl təhsil işçisi adına layiq görülüb. 1 nəfər isə ilin müəllimi müsabiqəsinin qalibi olub. Tədbirin sonunda ali məktəblərə yüksək balla daxil olan məzunlar hədiyyələrlə mükafatlandırılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə