YARAT!-dan “Bakcell ulduzu” hədiyyəsi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi Bakcell şirkəti YARAT təşkilatı tərəfindən 15 may – 15 iyun tarixləri arasında keçirilən "Birləşən Körpülər" adlı sərginin telekommunikasiya tərəfdaşı olub. Sərgi çərçivəsində Bakcell-ə həsr edilmiş xüsusi gün təşkil edilib. Tədbirdə YARAT-ın rəhbəri Aida Mahmudova, Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer, həmçinin şirkətin korporativ müştəriləri və tərəfdaşları iştirak edib.


Bakcell-in yaradıcı insanlara göstərdiyi dəstəyə təşəkkür əlaməti olaraq sərgidə Azərbaycanın kreativ rəssamlarından biri Rəşad Ələkbərovun "Bakcell" sözünü təşkil edən hərflərlə şirkətin rəmzi olan ulduz işarəsininin instalyasiyası nümayiş olunub. Bakcell-ə həsr olunmuş xüsusi gündə rəssam "Bakcell ulduzu" adlı instalyasiyanı şirkətə hədiyyə edib. O deyib ki, bu hədiyyə öz abunəçilərinə və eyni zamanda gənc rəssamlara və müasir incəsənətin inkişafına göstərdiyi qayğı üçün təşəkkürdür.


YARAT!-ın təsisçisi Aida Mahmudova isə təşkilatın "qızıl tərəfdaşıq" kartını Bakcell rəhbərliyinə təqdim edib.


Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer isə bildirib ki, rəhbərlik etdiyi şirkət müasir incəsənətin inkişafına dəstək göstərməkdən məmnunluq duyur: ""Birləşən Körpülər" sərgisi Azərbaycanda müasir incəsənətin inkişafına və onun dünyaya tanıdılmasına böyük töhfədir. Burada dünyanın müxtəlif yerlərindən olan rəssamların öz əsərlərini nümayiş etdirməsi isə müasir incəsənətlə məşğul olan rəssamlar üçün unikal bir imkandır".


\"\"


***


Bakcell haqqında


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, \"\" ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.


Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.


Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış


nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.


Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.


Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə