Dövlət Miqrasiya Xidmətinin rəsmiləri tərəfindən regional müşavirə keçirlib

Gəncədə Dövlət Miqrasiya Xidmətinin rəsmiləri tərəfindən regional müşavirə keçirlib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə Gəncə və ətraf rayonların nümayəndə heyətləri iştirak edib. Müşavirədə əsasən son illər xüsusilə intensivləşən imiqrasiya haqqında, eləcə də dövlətin bu sahədəki siyasəti barədə məlumat verilib. Müstəqillik dönəmindən sonra müşayiət olunan miqrasiya axını bu gün dövlət tərəfindən tənzimlənir. Müşavirədə həmçinin əcnəbilərin hüquqlarının qorunması istiqamətində qanunvericilikdə göstərilən hüquqular əsas götürülüb. Xüsusən əməkçi miqrantların nəzərdə tutulan qanun çərçivəsində fəaliyyət göstərmələrinə ciddi nəzarət olunur. Bundan əlavə qeyri-leqal miqrasiya hallarının qaşrısı da vaxtında alınır. Məqsəd əcnəbi miqrantların ölkəmizdə fəaliyyətini nəzarətdə saxlamaqdır.

Nəzarət tədbirləri təkcə əcnəbi miqrantlar üçün tətbiq edilməyib. Xarici ölkələrdə, o cümlədən MDB-də yaşayan soydaşlarımızın da ölkəyə gəlişi zaman bir sıra qanunuvericilik aktlarına əməl etmələri istiqamətində maarifləndirici tədbirlər aparılır.

Qeyd edək ki, analoji müşavirə Gəncədən sonra Abşeron, Sumqayıt, Şəki və Xaçmaz rayonlarında da keçiriləcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə