Fövqaladə hallar naziri Zaqataladadır

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib. Nazir Zaqatalanın zəlzələdən daha çox ziyan çəkən Gözbarax və Qaxın Güllük kəndlərində olub, yerli sakinlərlə görüşüb, onların problemləri ilə birbaşa yerində tanış olub. Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə