Kəndlərdə poçt xidmətləri müasirləşdirilir

Tərtərin Evoğlu kəndində müasir avadanlıqla təmin edilən yeni poct binası kənd sakinlərin istifadəsinə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yeni elektron avadanlıqlarla təchiz olunmuş poçt filialları 30-a yaxın poçt xidmətini uğurla həyata keçirib. Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poştamtda pulların saxlanılması üçün bunker tikilib və kənd şöbələri yeni inventar və avadanlıqlarla təchiz olunub. Son illərdə Tərtər rayonun kəndlərində 11 yeni poçt binası tikilərək istifadəyə verilib.

Qeyd edək ki, hazırda rayonda 22 poçt şöbəsi fəaliyyət göstərir.


Şamxal Adıgözlov

Bütün xəbərlər Facebook səhifəmizdə