Azər Maqsudov: “Azərbaycanda toksikoloji vəziyyət ötən illə müqayisədə artıb”-AÇIQLAMA

"Aprel ayından etibarən ölkədə ilan sancması faktı ilə bağlı 39 müraciət daxil olub. Bundan əlavə, müraciətlərin 4-ü əqrəb çalması, 3-ü isə hörümçək növü olan qaraqurdla bağlıdır". Bu barədə SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. o bildirib ki, ilan zəhərlənməsi nəticəsinbdə 3 ölüm hadisəsi qeydə alınıb. Bunlardan birinin Yevlax, digərinin isə Gəncə şəhərindən olduğunu deyən şöbə müdirinin sözlərinə görə, hər iki xəstə 1 həftə və 5 gündən sonra gecikdirilmiş halda klinikaya gətirilib. O bildirib ki, ilan sancma xəstəliyinin digəri isə Şüvəlan qəsəbəsində daxil olub.

"Belə hallar daha çox Aran rayonlarından - Yevlax, Bərdə, İsmayıllı, Qəbələ, cənub bölgəsindən Masallı, Lənkəran, Lerik, bundan əlavə, Bakı və Bakıətrafı kəndlərdən Zirə, Qala, Qobu, Qobustan, Qaradağ ərazilərində rast gəlinir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu taksikoloji vəziyyətdə artım var. Keçən dövr 34 müraciət daxil olmuşdusa, bu il onların sayı 39 olub. Bu artım əsasən havaların isti keçməsi ilə bağlıdır. Bundan əlavə, indi kənd təsərrüfatında işlər gedir ki, bu da səbəb kimi gətirilə bilər. Hərəkət çox olan yerlərdə, həşəratların yuvasını tərpətdikdə, bir sözlə hərəkət olan kimi, ilan özüdə hərəkət edir", - deyə o əlavə edib.

A.Maqsudov insanlara bəzi məsləhətlər verib. Belə ki, o qeyd edib ki, insanlar iş görəndə, gəzintiyə çıxanda ilk öncə ətraflarına nəzarət etsinlər. Onun sözlərinə görə, onlar diqqətlə ağacların altını, kolların dibini yoxlasınlar ki, sonradan belə bir halla rastlaşmasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə