Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən 8-i günün ikinci yarısından Azərbaycanda hava şəraiti dəyişib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyi gecəyə doğru 7-12 m/s-dək zəifləyib.
Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan, Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli, Kürdəmirdə 3 mm-dək olub.
Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB