Bakıda uşaqlar üçün “qamqamstayl”, “seksi ledi” sədaları altında satanist əyləncəsi – PSİXOTRON TERROR
Şənbə günü üçün uşaqları maraqlı bir yerə gəzməyə aparmağı planlaşdırırdım. Bir dostum dedi ki, bəs Qaraçuxur qəsəbəsindəki "Neftçilər" parkında uşaqlar üçün maraqlı bir məkan açılıb. Məşhur "Maşa i medved" (Maşa və ayı) multfilmində ayının evi eynilə orada yaradılıb və uşaqlar üçün çox maraqlıdır. Bizim uşaqlar da bu multfilmi çox sevirlər deyə, düşündüm ki, onlar üçün maraqlı bir sürpriz olacaq. Uşaqları da götürüb Bayıldan yola düşdüm Qaraçuxura. Parkın girişinə çatdıq və gördük ki, xeyli atraksioanlar var və uşaqlar əylənir. Təəccüblü o gəldi ki, bu atrraksionların qiyməti bulvardakılarla eynidir. Ən sadə yellencək və fırlanan tipli qurğulara bilet 2-3 manatdır. Halbuki hamı bilir ki, bulvar imkanlar şəxslər üçündür, lakin Bakının bu ucqar qəsəbəsində imkanlılar yaşamırlar. Bu səbəbdən əksər valideynlər uşaqları uzağı 1-2 sinə mindirə bilir və zorla oradan uzaqlaşdırırdılar.
Nə isə, bizim uşaqlar da bir neçəsindən istifadə etdikdən sonra bi az qabağa- eynilə "Maşa və ayı" multfilmindəki kimi yaradılmış həyətə üz tutduq. Burada həqiqətən də ayının evi, həyəti, evdəki və həyətdəki bütün əşyaları çox ustalıqla tam filmdə olduğu kimi yaradılıb. Hətta, təcili yardım maşınının da tam eynisi qoyulub. Uşaqlar evdə və həyətdə oynayır və fotolar çəkdirirlər. Deyim ki, giriş bileti 1 nəfər üçün 5 manatdır. Yəni, körpə uşağını içəri keçirən valideyn 10 manat ödəməlidir. Bu həddən artıq baha qiymət olsa da, nə etmək olar, bura özəl biznesdir, qiyməti necə istəyir qoyur.
Həyətdə Maşa və ayının geyimində 2 nəfər də dayanır və uşaqlarla oynayır, səsgücləndiriclərlə musiqilər səsləndirilir, mahnılar oxunurdu. Uşaqlar da bu musuqilərlə rəqs etdirilirdi. Bir də fikir verdim ki, multfilmə aid mahnılar, ya da hər hansı normal uşaq mahnıları səsləndirilmir, əvəzində anlaşılmaz sözlərlə mahnılar qoyulur. Birdən uca səslə "Qam-qam stayl" adlı satanist mahnısı səsləndirildi və uşaqlar rəqsə dəvət edildi. "Seksi ledy" filan kimi əxlaqsız ifadələrlə zəngin olan şeytani mahnılar, ertoik rəqs musiqiləri bir-birini əvəz etməyə başladı. Valideynlərin isə heç eyninə də deyildi. Mahnıları səsləndirən müasir gənc qıza etiraz edib dedim ki, bu nə rəzalətdir, siz burada bizim uşaqlara niyə əxlaqsız sözlərlə oxunan satanist mahnıları təbliğ edirsiniz? Qız cavab verdi ki, "nolub ki, uşaqlar əylənir də, normal mahnılardır".
Bu qıza bunun əyləncə yox, dəhşətli rəzillik olduğunu və bu mahnıların da normal yox, uşaqlara qarşı açıq psixtron terror elementi olduğunu konkret faktlarla sübut edəndən sonra mahnıları dayandırdılar. Bu məqamda bir qadın valideyn də bunlara etirazını bildirdi ki, sizin məqsədiniz nədir bu rəzil mahnıları uşaqlara oynatmaqda? Digər valideynlərin isə heç nə vecinə deyildi…
Nə isə, uzun sürən başasalma prosesindən sonra dedilər ki, yaxşı başqa mahnılar qoyarıq. Dedim ki, bizim onlarla gözəl uşaq mahnılarımız var, onları niyə qoymursunuz? Başqa xalqlara məxsus da normal uşaq mahnıları var, internet doludur, niyə heç olmasa onlardan səsləndirmirsiniz, ancaq bu murdar əxlaqsız mahnıları qoyursunuz. Dedilər, yaxşı onlardan qoyarıq. Bir az gözlədim, gördüm ümumiyyətlə musiqi səsləndirməyi dayandırıblar. Normal mahnı qoymaq uşaqlarımıza zərər vura bilər deyə səsləndirmirdilər yəqin ki.
Uşaqları oradan çıxarıb uzaqlaşdırdım. Əminəm ki, mən gedəndən sonra yenə eyni proses müvəffəqiyyətlə davam etdirilib.
Uşaqlara qarşı bu psixotron terrorun yalnız 2 səbəbi ola bilər- ya bu xüsusi məqsədlə qəsdən edilir və uşaqlarımızın əxlaqsızlığa alışdırılmasına xidmət edir, ya da bu musuqi işi ilə məşğul olan "müasir" gənclər həddən artıq savadsız və düşüncəsizdir. Hər iki halda bu obyektin sahibinin günahı var. Sən işlətdiyin obyektə nəzarət etməlisən, oraya normal adamları işə götürməlisən. Sənin heç bir haqqın yoxdur bizim övladlarımızı əxlaqsız, satanist mahnılarına oynatmağa.
Təəssüf ki, proses baş verən zaman telefonumun enerjisi olmadığından həmin mahnıların və musiqiləri videoqeydə ala bilmədim. Yeni gələndə 1-2 foto çəkmişdim ki telefon söndü. Amma bu obyekti mütamadi nəzarətdə saxlayacam, bir də belə rəzilliyə yol verilsə, prosesi lentə alıb bu obyektin sahibini məhkəməyə verəcəm və buna görə cavab verəcək.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə