Su zəhərlənməsi nədir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Su zəhərlənməsi suyun çox istehlak olunmasından əmələ gəlir. Adam var ki, suyun çox faydalı olduğunu düşünür, düzdür, su faydalıdır, amma çox içiləndə, qanda suyun balansı pozulur. Çünki natriumun səviyyəsi aşağı düşür". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, natriumun qanda rolu mayenin balanslaşdırılmasıdır: "Bu balansın azaldığı təqdirdə hüceyrələr şişməyə başlayır. Bu da birbaşa beyinə təsir edir. Nəticədə su zəhərlənməsi baş verir.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, su zəhərlənməsinin simptomları baş ağrısı, əzələ ağrıları, ürək ritminin pozuntuları, ödəm, şişkinlikdir: "Bundan qorunmaq üçün gərək insanlar həddən artıq su içməsin".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə