Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeyi atəşə tutulub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə