Rus müğənni və aktrisa qara siyahıya niyə düşdü?

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rus müğənni və aktrisa Anna Semenoviçi ölkə üçün milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Semenoviç bu siyahıya Rusiyanın xarici siyasətini dəstəklədiyi, həmçinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən rus hərbçilərinə baş çəkdiyinə görə düşüb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə