Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə fikirləri ilə diqqətləri üzərinə cəlb edib. SİA-nın məlumatına görə, o, "İnstagram" səhifəsində maraqlı sözlər qeyd edib: "Həyatla baş edə bilmirik, amma yenə də sonsuz həyat arzulayırıq... Budur acılı, şirinli həyat.

Həyatda ən böyük hədiyyə sağlamlıqdır. Ən gözəl münasibət səbrdir. Ən gözəl sevgi isə sədaqətdir. Bu həyatda yaşayaraq öyrənilən şeylər var. Hər şey oxumaqla bitməz.

"Biri vardı, biri yoxdu" ilə başlayan nağılların mükafatı 3 alma olardı. Biz də gah acı, gah şirin, gah qorxulu nağıl kimi həyat yaşayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə