Xalq artisti: "Normal sənət adamının qiyməti hər zaman vaxtında verilir" VİDEO

Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamal verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor proqram zamanı sənət adamlarına verilən dəyərdən söz açıb: "Uzun illərdir Prezident təqaüdü alıram. Hər şey qaydasındadır. Onu da qeyd edim ki, normal sənət adamının qiyməti hər zaman vaxtında verilir. Heç o sənət adamının xəbəri də olmur. Mən heç bilmədim ki, nə vaxt "Əməkdar artist" və "Xalq artisti" fəxri adlarına layiq görüldüm. Hətta "Şöhrət" ordeni ilə də təltif edildim. Mənim hər zaman bir məqsədim olub ki, yalnız səhərdən axşama qədər işləyim.

Bilin ki, kim işləyirsə onu görürlər. Kim desə ki, "Mən işlədim və mənə dəyər vermədilər" mən o sözə inanmıram.

Xüsusi ilə qeyd edim ki, xalq hər bir sənət adamını bizdən yaxşı tanıyır. Bunu yaddan çıxarmayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə