Əməkdar artist: "Qarabağı dırnağı boyasız kişilər azad edib"

Əməkdar artist Mehriban Xanlarova metroseksual kişilərdən bəhs edib. SİA-nın məlumatına görə, aktrisa bu sözləri əlavə edib: "Qarabağı dırnağı boyasız kişilər azad edib. Bizim şəhidlərimizin dırnağında boya yox, palçıq olub. Oğlanlarımız ona görə həmin torpaq uğrunda şəhid olmayıblar ki, onun üstündə dırnağı boyalılar gəzsin. Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz bu torpaqları dırnaqlarından qan axa-axa alıblar.

Kişilərin dırnaqlarına boya çəkmələrinə etiraz edirəm. Bunu dediyim üçün də sosial şəbəkədə məni qınayırlar. Anlaya bilmirəm bunlar nəyi müdafiə edirlər? Yəqin onlar üçün kişilərin dırnağına boya çəkməsi xoşdur".

Bütün xəbərlər Facebook səhifəmizdə