Oktaydan boşanan Ayseldən ona sevgi ETİRAFLARI

Bloqqer Aysel Şükür bir müddət əvvəl boşandığı həyat yoldaşı Oktay Əhmədovu hələ də unutmadığını vurğulayıb. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Səninlə bağlı ağlımdakıları təsadüfi bir anda xatırlamaqdan artıq qorxar olmuşam. "Öyrəşdim" dediyim bir vaxtda sənin ağlıma gəlməyin hələ də mənə yaxşı təsir etmir desəm, tam yeridir.

Səhv başa düşmə, sənə əsla nifrət etmərəm. Amma səni hələ də sevməyim məni məhv edir. İndi sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm... Bir az zamana, hətta çox zamana ehtiyacım var. Sənin üçün darıxmamağa çalışıram, lakin olmur. Bacarmıram... Bəzən üzünə baxıb səndən səni sevdiyim üçün içimdən üzr istəmək keçir. Amma “eybi yox” deyərsən, deyə əl çəkirəm bu düşüncəmdən. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hər şeyə rəğmən canın sağ olsun".

Qeyd edək ki, cütlük 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Onların bu nikahdan əkiz övladı var. Aysel Oktayın ona xəyanət etdiyini iddia edərək ondan boşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...