Bu məşhurların toyu koronavirusa görə təxirə düşdü FOTOLAR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib.

ÜST bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb: "Təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın"

SİA-nın məlumatına görə, bu xəstəlik ucbatından bir çox insanların toyları təxirə düşüb. Həmin şəxslər arasında məşhurlar da yer alıb.

Toyları təxirə düşən türkiyəli tanınmışların siyahısını təqdim edirik:

Aktrisa Hande Ataizi özündən 20 yaş kiçik sevgilisi Dinç Aydoğdu ilə may ayında Fransada nikah masasına oturmağı planlaşdırırdı. Lakin cütlük koronavirus xəstəliyinə görə el şənliklərini təxirə salıblar.

5 ilə yaxındır aktrisa Feyza Çıpa ilə sevgili olan müğənni Kutsi 2017-ci ildə nişanlanmışdı. Xeyli müddətdir evlənməyə hazırlaşan cütlük bu il nikaha daxil olmağı düşünürdülər. Hətta toy hazırlıqlarına başlamışdılar. Kutsi və Feyza koronavirus xəstəliyinə görə xoş günlərini ertələməli olublar. Amma cütlük bu il nikah masasına oturmağı düşünürlər.

Aktrisa Nurgül Yeşilçay prodüser sevgilisi Necati Kocabayla evlənmək istəyən cütlüklər sırasındadır. 2018-ci ildən eşq yaşayan Nurgül və Necati də bu il toy etməyi planlaşdırırdılar. Lakin sözügedən xəstəliyə görə xoş günlərini təxirə salmalı olublar. Onların nə vaxt evlənəcəyi bəlli deyil.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə