Müğənni Sevda Sanəliyeva sosial şəbəkədə hamiləlik fotosunu paylaşıb. SİA-nın verdiyi xəbərə görə, ikinci övladını gözləyən sənətçinin xeyli çəki alması diqqətdən qaçmayıb. O, fotoya "Şəkil deyirdiniz, bu da sizə şəkil. Şişmişəm bilirəm, amma hər şeyə dəyər. Rəbbim, bütün qadınlara övlad payı nəsib et" şərhini yazıb.

Qeyd edək ki, 2014-cü ilin iyununda özünə gizli toy edən S.Sanəliyevanın bir oğlan övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə