Bakıda “Əzab” başlayacaq FOTOLAR

Bakıda yeni "Əzab" adlı Türk filminin premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, ekran əsərinin ilk nümayişi aprelin 28-də olacaq. Filmə Türkiyənin tanınmış rejissorları Dilek Keser və Ulaş Güneş Kaçargil quruluş verib. Ekran əsərində əsas rolları son illər bir çox maraqlı obrazları ilə yadda qalan və sevilən aktyorlar İrem Deniz, Ayşe Selen, Dilşah Demir, Sonya Dicle Akbaş, Ayşin Yeşim Çapan ifa edir.

Qorxu janrında çəkilən "Əzab" real hadisələr üzərində qurulub. Qədim türk inancında yer alan "Cin toyu" filmin əsas mövzusudur. Hadisəlrə isə məhz bu əhvalat üzərində qurulub. Filin süjet xətti isə gənc Ayşin müəllimə kimi təyinatı üzrə Türkiyənin ucqar kəndlərindən birində fəaliyyətə başlaması üzərində qurulub. İnternetdə kənd haqqında məlumat toplayan müəllimə maraqlı bir fakta rast gəlir: kəndin keçmişi cinlərlə bağlı olub. Hadisələrin gərgin gedişatı isə məhz bundan sonra cərəyan etməyə başlayır. Ekran əsəri tamaşaçını daim gərginlikdə saxlamır, film incə yumorlarla da zəngindir.

"Əzab" həyəcan, macəra, yeni faktlar öyrənməyə həvəsi olanlar üçün əsl tapıntıdır.

Filmin operatoru İlker Berke, musiqi müəllifi Saki Çimendir.

Bütün xəbərlər Facebook səhifəmizdə