Məşhur müğənni qız axtarışına çıxdı

Türkiyənin məşhur müğənnisi Alişan evlənmək qərarına gəlib. SİA-nın verdiyi məlumata görə, sənətçi bu haqda verilişlərin birində etiraf edib. O bildirib ki, sevdiyi xanımla ailə həyatı qurub, övlad sahibi olmaq istəyir. Müğənni xüsusilə deyib ki, gənc yaşlarında hər kəsi bəyənsə də, indi fərqli düşünür və ailə həyatı qurmaqda çətinlik çəkir.

Qeyd edək ki, sənətçini nikah masasına əyləşdirmək üçün ailəsi və yaxın dostları da səfərbər olublar.

Elnur Mustafabəyli

Bütün xəbərlər Facebook səhifəmizdə