Onlarla eyni səhnəni kimlər paylaşacaq?

"Ritm rəqs" qrupundan yenilik var. SİA-nın verdiyi xəbərə görə, sözügedən qrup mart ayının 18-də "İkinci həyat" adlı konsert proqramı ilə çıxış edəcəklər. Həmin konsertdə onlarla yanaşı, müğənnilərdən Sevda Yahyayeva, Rəhim Rəhimli və Niyam Səlami, rəqs qruplarından "Cigitler", "Dikiy Kavkaz", "Gənclik" və "Crazy Eyes" olacaq. "Ritm rəqs" qrupunun həyata keçirmək istədiyi konsert Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Sözügedən mərasim 19:00-da olacaq.

Qeyd edək ki, onlar tamaşaçılar üçün maraqlı rəqs növləri nümayiş etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...