Məşhur müğənni arıqlamağın sirlərini açıqladı

Türkiyənin sevilən aktrisa və müğənnisi Hülya Avşar cazibədar və gözəl qalmasının sirlərini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən müğənni arıqlamağın yollarlarından danışıb.

H.Avşar \"Twitter" sosial şəbəkəsindəki şəxsi səhifəsində diyet sirlərini yazıb: \"Arıqlamaq istəyən xanımlara demək istəyirəm ki, kimə necə rahatdır elə də arıqlasın. Heç kəsin sözünə fikir verməyin. Hər şəxsin özünə görə diyet resepti və məşğul olacağı idman növləri var".

Arıqlamağa meyilli olan ifaçı idmanla məşğul olduğunu söyləyib: "Bir çox idman növləri ilə məşğul oluram və bu, mənim çox xoşuma gəlir. İdman xoşbəxt olmağın təməlidir. Uşaqlara verilə biləcək ən gözəl şey idmandır. Dörd yaşından sonra idmanla məşğul olmaq sağlamlıqdır. Uşaqlarını idmanla məşğul olmasına qarşı gələn ailələrdə cinayətə meyl daha çox olduğunu düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə