Rəhim Rəhimli həmkarları haqda nələr dedi?

Azərbaycanın ən modern müğənnilərindən olan Rəhim Rəhimli bəzi həmkrlarına söz atdı. SİA-ya açıqlama verən Rəhimin sözlərinə görə, müğənnilər səhnədə özlərini apara bilmirlər. Ancaq keçmişdə onun da səhnədəki bir çox hərəkətlərini gülüş obyektinə çeviriblər. Hətta KVN aktyorları, yumoristlər belə onu parodiya ediblər: "Bəli, mən sərbəst olmuşam. Ancaq mən efirdə ağzıma gələni danışmamışam. Boş-boş danışmamışam və indi də danışmıram. İnsan danışanda dərrakəsi olmalıdır. Efirdə danışan zaman analiz edib, düşünmək lazımdır ki, bu söz efirdə necə qarşılanacaq. Mən heç bir zaman özümdən böyük danışmamışam. "Mən-mən" demirəm, xoşum gəlmir. Səhnədə müxtəlif hərəkətlər etmək olar, bu sənin performansın və imicindən asılıdır. Amma hər hansı bir xalq artisti efirdə kiminsə bostanına daş atırsa, onu necə ciddi insan kimi qəbul edərlər. Mənim verilişimə bir müğənni çıxdı və "mən bir nömrəyəm, məndən yoxdur" kimi mahnılar oxudu, mən də ona dedim ki, sən axı məni nə sayırsan? O cavab verdi ki, sən mənim dostumsan, ürəyimsən. Ona dedim ki, xahiş edirəm bu mahnını başqa heç yerdə oxuma. Bu kimi halları sənətçi dostlarımıza biz deməliyik. Mən də çox sevirəm ki, bu cür əksiyim olan zaman sənətçi dostum bunu mənə desin. Məsələn son dəfə Röyanın bir nöqsanını görüb özünə demişdim. O da mənimlə tam razılaşmışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə