Azərbaycanlı aktrisa: “Ölmək istəmirəm”-AÇIQLAMA

Dünyanın ən dahi aktrisaları səhnədə tamaşa nümayiş etdirən zaman dünyalarını dəyişməyi arzu edirlər. Bu məsələyə aid bir çox filmlər çəkilib, kitablar yazılıb. Hər bir gözəl əsərin sonunda isə aktrisa elə səhnədə son tamaşasını ifa edən zaman vəfat edir.

Hazırda "Oskar" mükafatına layiq görülən "Qara qu quşu" filminin baş rol ifaçısı Natali Portman buna nümunə oldu. Məhz o filmdən sonra bir çox aktrisalar səhnədə vəfat etməyi düşünürlər. SİA isə bu sualla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalovaya müraciət etdi. Görəsən, Vəfa xanım da tamaşa ifa edən zaman dünyadan köçmək istəyir? Vəfa bu suala özünəməxsus şəkildə cavab verdi: "Oskar\"dan danışmayın, yaralı yerimdir. Ölmək istəmirəm. Ancaq buna baxmayaraq insan gün ərzində 3 dəfə ölümünü göz önünə gətirməlidir. Hər zaman Allahımdan çox razı olmuşam. Ölmək hissini heç vaxt özümə yaxın buraxmıram. Hətta onu da deyərdim ki, analıq dövrünü də səhnədə keçirmişəm. Hamilə olaraq çevik bir qız obrazını da ifa etmişəm. Həmin tamaşadan iki gün sonra da ana olmuşam. Təbii ki hər bir aktyor daim səhnədə qalmağı arzulayır. Hərdən də deyirlər ki, az məvaciblə teatrda niyə qalırsan? Ancaq teatr mənim üçün hər şeydir".

Bütün xəbərlər Facebook səhifəmizdə