"Prezident Forumda bir neçə məsələlərə xüsusi toxundu" - DEPUTAT ŞƏRH ETDİ

"Ağdamda Milli Şəhərsalma Forumunun keçirilməsi özü-özlüyündə bir hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, postmüharibə dövründə Ağdamın işğaldan azad olunmasından sonra Ağdamda keçirilən bu beynəlxalq təşkilat 44-dən çox ölkənin nümayəndəsinə erməni vandalizmi haqqında əyani məlumatlar vermiş olacaqdır: "Ağdam Qarabağ regionunun ən böyük şəhəri olub və uzun müddət işğal altında qaldığı zaman erməni barbarları tərəfindən darmadağın edilmişdir. Bu şəhərin bərpa olunması Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biridir. Digər şəhər və kəndlərimiz kimi Ağdam şəhəri də öz əvvəlki şöhrətini bərpa edəcəkdir. Amma Ağdamda iştirak edən qonaqlar ermənilərin Cenevrə konversiyasını necə pozduqlarının şahidi olmaqla görəcəklər ki, erməni vandalizmi nə qədər qəddardır, erməni terroru nə qədər amansızdır. Bu isə Azərbaycanın erməni vandalizmini dünyaya tanıtması istiqamətində yaxşı bir arqument olacaq. Milli Şəhərsalma Forumunda çıxış edən ölkə başçısı bir neçə məsələlərə xüsusi toxundu. Bunlardan biri sırf humanitar konteksdə idi. Ağdama gələn qonaqlar şəhəri bu gündə görərkən hansı hisləri keçirirsə, bu şəhərdə yaşayan, doğub-böyüyən insanlar görün indi hansı hissləri keçirir.

Cənab Prezidentin bu müraciəti sırf insani kontekstdə müraciəti kimi qiymətləndirilir. Amma əlbəttə ki, bu gün qarşımızda duran əsas məsələ işğaldan azad olunmuş ərazilərdə şəhərlərimizi, kəndlərimizi bərpa etməkdir. Bununla bağlı Azərbaycan dövlətinin milli proqramı var. Amma bütün hallarda BMT-nin məskunlaşma proqramı çərçivəsində dünya təcrübəsi var".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə