Radikal müxalifətçilər yenidən antiazərbaycan təbliğatı həyata keçirirlər. Onlar uzun illər bu kimi proseslər həyata keçirərək Azərbaycanın adını və ideologiyasını ləkələməyə çalışıblar. Lakin hər nə olursa-olsun, heç nə bacara bilməyib yalnız danışmaqla kifayətləniblər. Azərbaycan isə günü-gündən qüdrətli bir dövlətə çevrilərək, bütün regionda söz sahibi olan bir dövlətə çevrilib. Bəs sapı içimizdən olan baltalar hansı qüvvələr tərəfindən idarə olunur? Cəmiyyətmizin onlara qarşı baxışı necədir? Mövzu ilə əlaqədar olaraq SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Xalid Kərimli: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Erməni vandallarının mənfur siyasəti nəticəsində Azərbaycanın neçə-neçə mərd oğulları dünyasını dəyişdi. Mən şəhid ailələrinə səbr diləyirəm, qazilərimizə şəfa tapmalarını arzulayıram. Həqiqətən ölkə olaraq çox çətin günlərdən keçmişik”.
Şəhər sakini Gülyaz Həsənli: “Allah erməninin bəlasını versin. Onların hər zaman bizim torpaqlarda gözləri olub. Bir toplum olaraq heç vaxt mövcud olmayan ermənilər bizimlə torpaq davasında olublar. Bizim cavan-cavan balalarımız şəhid oldu. Öz ölkəmizdə isə hər zaman gördüyümüz işə pəl vuran müxalifətçilər də az deyil. Onlar nə danışdıqlarını heç bilmirlər”.

Şəhər sakini Qasım Quliyev: “12-14 sentyabrda baş verən hadisələr bir xalq olaraq hər birimizə çox böyük təsir etdi. Ermənilər heç vaxt öz əməllərindən əl çəkməyiblər. İnsan artıq onlar haqqında söz belə demək istəmirlər. Öz içimizdə olan müxalif yönümlü insanlar da bir sıra qüvvələr tərəfindən idarə olunur. Məhz buna görə də, ölkəmizi pisləyirlər”.
Şəhər sakini Rasim Əliyev: “Müxalif düşüncəli insanlar hər zaman olub və olacaq. Bu, tək bizim ölkədə deyil, bir çox ölkələrdə belədir. Həmişə narazı olan, olunanları bəyənməyən tərəfi mütləq ki, olur. Lakin bilmək lazımdır ki, xəyanətkar insan çox şey edə bilər. Burada söhbət torpağına, vətəninə edilən xəyanətdən gedir”.

Şəhər sakini Gülay Hüseynli: “Ermənilər hər zaman Azərbaycana qarşı çirkin əməllər törədiblər. Onlar bu xislətlərindən əl çəkməyib. Lakin bilməlidirlər ki, Azərbaycanın güclü ordusu var. Son dönəmlərdə baş verən hadisələr nəticəsində də, mərd oğullarımızı itirdik. Allah onlara rəhmət eləsin. Məkanları nurla dolsun. Onların ailələrinə Allahdan səbr diləyirəm”.
Şəhər sakini Hümbət Quliyev: “Ermənilər 300 il ərzində olmayan adlarını və dövlətlərini isbat etməyə çalışıblar. Hər zaman böyük bir imperiya qurmaq həvəsində olublar. Lakin bilmirlər ki, belə düşüncədə olmaq sadəcə vaxt itkisidir. Azərbaycan artıq güclü bir dövlətdir. Bizim güclü ordumuz var. Buna görə də ermənilər hər zaman layiqli cavablarını alacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB