“Keçirilən üçtərəfli görüşü bir neçə istiqamət üzrə xarakterizə etmək olar”. Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi bu görüşdə istirak etməklə 1992-ci ildən etibarən indiyə kimi davam edən vasitəçilik missiyasını davam etdirməyə çalışır: “Digər tərəfdən isə 44 günlük münaqişədən sonra baş verən proseslərin nizamlanmasında kənara qalmaq istəmir. Məhz bu səbəbdən ABŞ proseslərin gedişində yaxından iştirak etmək üçün görüşlərdə iştirak edir. Bildiyiniz kimi, son zamanlar cəbhədə baş verən gərginlik müşahidə olunur. Amerika Birləşmiş Ştatları da bu gərginlikdən kənar qalmamaq üçün sülh prosesində yaxından iştirak etmək istəyir. Həmçinin, bu görüşlərdə ABŞ sülh müqaviləsində töhfə verən tərəf kimi də görünmək istəyir. Lakin bu, Azərbaycan cəmiyyəti tərəfindən heç də inandırıcı şəkildə qəbul olunmur. Hətta qeyd etmək lazımdır ki, cəmiyyətimiz nəinki ABŞ-a eyni zamanda digər töhfə vermək istəyən vasitəçi qüvvələrə şübhə duyur. Çünki bir sıra qüvvələr gərginliyin davam etməsində maraqlıdırlar. Bu gərginlik yalnız Azərbaycan və Ermənistan dövlətlərinin arasında baş verən münasibətlərdən deyil, ümumilikdə regionda baş verən hadisələrin gərginliyindən söhbət gedir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB