""Sapı özümüzdən olanlar" bizi erməni lobbisindən daha çox tənqid etməyə çalışır" - QHT RƏSMİSİ DANIŞDI
“Radikal müxalifət xaricdən maliyyələşir. Həmin qüvvələrin göstərişi ilə də müəyyən çağırışlar edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Sədrin sözlərinə görə, ən müqəddəs varlıq olan ana vətənə qarşı xəyanət etmək millətə, xalqa, dövlətə xəyanət sayılır: “Bu kimi addımları hər birimiz pisləyirik. Belə radikal müxalifətçi qrupların sosial şəbəkələrdə ölkəyə qarşı fikirlər səsləndirməsi bir mərkəzdən idarə olunur.
Ötən həftə ermənilər genişmiqyaslı təxribat törətsələr də, layiqli cəzalarını aldılar. Ermənilərin artıq sülh müqaviləsini imzalamaqdan başqa yolları və çarələri yoxdur. Bununla belə indiki həssas məqamda özünü müxalifətçi adlandıranlar, radikal müxalifət liderləri və onların əlaltıları, xaricdə oturub Azərbaycanı sevməyən şəxslər tərəfindən ordumuza, Azərbaycanın birliyinə qarşı təxribat xarakterli müsahibələr, bəyanatlar verir. Təəssüf ki, hətta Azərbaycanı "işğalçı" adlandırmaqdan çəkinməyən "sapı özümüzdən olan baltalar" da var və ictimai rəyi çaşdırmağa çalışırlar. Xüsusilə "youtube" və "facebook" üzərindən cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər.
Hakimiyyətə müxalif olmaq, yaxud hakimiyyətin hansısa sahədə apardığı işləri bəyənməmək olar. Amma bunun üçün ağıllı, savadlı və məntiqli formada arqumentlər ortaya qoyulmalıdır. Hər şeyi qara görmək, hər şeydə pis niyyət axtarmaq, görülən bütün uğurlu işlərə kölgə salmaq müxalifətçilik deyil. Bu, ermənidən çox erməni olmaq deməkdir. Eyni zamanda xalqımızın birliyinə qarşı qəsddir. Ümumiyyətlə, belə adamları pisləyirəm. Hakimiyyətə müxalif olmaq olar, amma Vətənə, xalqa müxalif olmaq olmaz. İndiki dönəmdə xalqına və dövlətinə xəyanət mövqeyi tutan insanların olması təəssüf doğurur. Bu gün Azərbaycanın apardığı bu haqq işinə, torpaqlarımızın qorunması istiqamətində ordumuzun əldə etdiyi uğurlara kölgə salan, şəhidlərimizə görə ordunu və siyasi hakimiyyəti ittiham edən insanlar əslində xalqa, dövlətə xəyanət yolu tutub. Bu, birmənalı belədir. Çünki torpaq heç vaxt qansız alına bilməz. Torpağımıza, ölkəmizi qəsd etmək istəyən ermənilərə layiqli cavab verdikdə, "sapı özümüzdən olanlar" bizi erməni lobbisindən daha çox tənqid etməyə çalışır. Təəssüflə qeyd edirəm ki, bu, xalqına və dövlətinə xəyanət mövqeyi tutan insanların işidir. Amma yalan ayaq tutsa da, yeriməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB