"Avropa İttifaqı Ukraynaya üzvlük statusu verib" - POLİTOLOQ AÇIQLADI

“Təəssüflər olsun ki, Ukrayna-Rusiya müharibəsində vəziyyət gərgin olmaqda hələ də davam edir. Əvvəldən də proqnozlaşdırıldığı kimi müharibənin tez bir zamanda bitəcəyi real görünmür”. Bu sözləri SİA-ya açıqalmasında politoiloq Rəşad Bayramov bildiirb.

Onun sözlərinə görə, çünki bir tərəfdə heç bir halda geri çəkilmək istəməyən eyni zamanda işğala davam edən Rusiya var, ikinci tərəfdə isə öz torpaqlarını sona qədər qorumağa hazır olan Ukrayna insanı var: “Bu da ondan xəbər verir ki, müharibə tez bir zamanda sonlanmayacaq. Bu günləri vəziyyətin sabitləşməsi və müharibənin dayandırılması istiqamətində hər hansısa bir real addımlar o zaman mümkün ola bilər ki, Rusiya tərəfi öz işğalçı siyasətindən imtina etsin. Bu isə yalnız Ukraynaya lazımi dəstəyin verilməsi ilə mümkündür. Ukrayna Qərb tərəfdən hələ də, istədiyi dəstəyi görmür. Buna görə də təbii ki, Rusiyaya qarşı daha effektli mübarizə apara bilmir. Xüsusilə də hava hücumu sahəsində Ukrayna müəyyən problemlər yaşayır. Bu dəqiqə real olan ən vacib məsələ Ukraynanın söz verildiyi kimi silah-sursatla təmin olunması idi. Ayrı-ayrı Qərb dövlətləri ya silah verməkdən imtina edir ya da elə silahlar verirlər ki, onlar hücum silahi deyil, ancaq müdafiə üçün müəyyən rol oynayır. Digər problem isə yenə də Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməməsindən qaynaqlanır.

Nəzərə alsaq ki, Rusiyanın müharibəni dayandırması üçün ən vacib məsələ onun maliyyə imkanlarından məhrum olmasıdır. Rusiya maliyyə imkanlarını neft və qazın hesabına ayaqda saxlayır. Bu günlər 5-6 Avropa İttifaqı ölkəsini çıxmaq şərti ilə yerdə qalan ölkələr hələ də Rusiya ilə bu sahədə ticarət müqavilələrini davam etdirirlər. Hətta Rusiyanın rubl ilə bağlı apsurt qərarından sonra da bir çox ölkələr ayrı-ayrı rubl hesabları açaraq, vəsaitlərini ödəyirlər. Rusiya təkcə 100 gün ərzində Avropaya neft satışından 100 milyard dollar əldə etdi. Bununla da Rusiya müharibəni uzatması üçün imkanlar əldə edir. Ona görə də Qərbin vahid mövqedə çıxış etməsi lazımdır. Dünən məlum oldu ki, Avropa İttifaqı Moldova ilə yanaşı Ukraynaya da Avropa İttifaqında mükaliyyətçi status üzvülüyünü verdi. Bu isə yaxın gələcəkdə Ukraynanın Avropa İttifaqının tam hüquqlu üzvü olması anlamına gəlir. Bəlkə də bu qərardan sonra Avropa ölkələri nəhayət ki, vahid bir cəbhədən çıxış edərək müvafiq sanksiyaların effektli şəkildə işləməsini təmin edər. Əgər buna nail olunacaqsa Rusiyanın daha uzun müddətli müharibə aparmaq imkanlarının olmamasına gətirib çıxardacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...