YAP Nərimanov rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının ““Xəlil Rza Ulutürk 20”(Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı ərazi idarəsi) ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, Əmlak Xidmətləri məkanının rəisi Mustafa Rəşidov, təşkilatın YAP üzvləri iştirak edib.

Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarını salamlayıb. Bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edən Samir Vəliyev yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən bəhs etdi. Bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Ərazi ilk partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini verib.

Ərazi partiya təşkilatının sədri gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirdi ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VII Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Sədr daha sonra geniş hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında danışıb.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Rəşidov Mustafa ərazi ilk partiya təşkilatının sədri,Nəsirov Həsən isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə