"Hadrut bundan sonra gözəlləşəcək, dirçələcək" - DEPUTAT AÇIQLADI

"Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı nəticəsində Hadrut şəhəri azad edildi. Bu qələbə Azərbaycanın gələcək ümumi qələbəsi üçün çox mühüm bir addım idi". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Prezident Hadrutun bərpası ilə bağlı çox ciddi işlərin başladığını vurğuladı. Bu Azərbaycanın böyük qayıdışı üçün çox önəmli plandır. Bununla yanaşı diqqət Hadrutun pis günə salınmasına və orada yaşayan ermənilərin səfalətdə yaşamağına çəkildi.

Bu haqda Asim Mollazadə fikrini belə izah edib: "Ermənilər bu vəziyyətə oradakı hərbi cinayətkarların idarəetməsi üzündən düşmüşdülər. Bizim qələbəmizin mühüm addımlarından biri olan Hadrutun azad edilməsi yenə də dünyanın diqqətini Azərbaycanın Müzəffər ordusunun peşəkarlığına çəkdi. Hadrut bundan sonra gözəlləşəcək, dirçələcək"

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...