YAP Biləsuvar rayon təşkilatının əməkdaşları Şəhid ailələrini ziyarət edib FOTOLAR

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibəti ilə rayonda silsilə tədbirlər keçirib. Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları 28 sentyabr 2021-ci il tarixdə rayonun Təzəkənd kəndində Şəhid İsmayılov Amid Eldar oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət etmiş və məzarı üzərinə gül dəstələri düzmüşlər. Daha sonra Aşağı Cürəli kəndində Şəhid baş leytenant Gözəlov Xalid Həsən oğlunun ailəsini ziyarət etmiş, Şəhidin adına salınmış xatirə lövhəsinin və bulağın önünə gül dəstələri düzmüşlər.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...