Təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə