Şəhid Dmitri Solntsevin II Fəxri Xiyabandakı məzarı ziyarət olunub FOTOLAR

Bu gün YAP Nəsimi rayon təşkilatının bir qrup üzvü 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuraşaraq şəhid olmuş Dmitri Solntsevin ad günü münasibətilə II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Dmitri çox az yaşadı. Cəmi 25 il. Lakin o, istər oxuduğu, istər çalışdığı yerlərdə birinci oldu və onların sevgi və hörmətini qazandı. 25 ildə Dima əsrlərə və qərinələrə sığmayan bir ömür kitabı yazdı. Dima Azərbaycanı və onun ərazi bütövlüyünü həyatından da çox sevdiyini əməli ilə sübut etdi. O, ölməzlik qazandığı bu əməli ilə Azərbaycan xalqının əbədi və unudulmayan qəhrəmanına və hər bir Azərbaycan anasının əziz oğluna çevrildi. Dövlətimiz Vətən müharibəsindəki onun göstərdiyi qəhrəmanlıgı “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə yüksək qiymətləndirib. Allah rəhmət etsin.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...