YAP Yevlax Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyəti ilə bağlı videkonfrans - FOTOLAR

27.02.2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı İdarə Heyəti Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyəti ilə bağlı videkonfrans formatında iclası keçirilib. SİA xəbər verir ki, ilk öncə iclası YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq iclasa qoşulan İdarə Heyətinin üzvlərini və rayon təşkilatının fəaliyyətində iştirak edən gəncləri salamlamış Gənclər Birliyinin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etmək üçün sözü YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlıya verib. Sonra məruzə ətrafında İdarə Heyətinin üzvləri Əminə Əhmədova, Vahid Quliyev, Elnarə Məmmədova, Qənimət Qaraşov, Minnət Mürsəlov, Vahid İsayev, Məmmədəli Yüsibov, İlyas Səfərov çıxış edərək gənclərin koronavirus pandemiyası dövründə aktivliyi, iştirak etdikləri aksiyaları, keçirdikləri mədəni kütləvi tədbirləri, Vətən müharibəsi dövründəki yüksək fəallıqları, gənclərin idea-siyasi, vətənpətvərlik tərbiyəsi istiqamətində görüdkləri işi, həmçinin gənclərin rayonun ictimai-siyasi həyatındakı fəaliyyəti barədə fikirlərini bildirmiş, növbəti hesabat ili üçün Gənclər Birliyinə öz tövsiyyə və təkliflərini vermişlər. Gündəlikdə duran məsələ ilə əlaqədar qərar qəbul edilmiş, Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyəti müsbət qiymətləndirilib.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə