Dağlıq Qarabağa “mədəni muxtariyyət” statusu təklifi erməniləri şoka saldı

Ermənistanın son təxribatından və ordumuzun cəbhəboyu hücuma keçərək ərazilərimizi azad etməyə başlamasından dərhal sonra N.Paşinyan təhrikedici bəyanatlar verərək rus şovinizmini körükləməyə çalışdı.

“Türkiyə Qafqazı ələ keçirmək üzrədir!”-deyib Putinə tərəf baxdı. Cavab gəlmədi.

““Qarabağ” ordusuna qarşı Azərbaycan və Türkiyə hərbçiləri ilə yanaşı Suriyadan gələn muzdlu terrorçular vuruşur və onların Rusiya ərazisinə keçmək ehtimalı var”-deyib, Rusiya prezidentini terrorla qorxutmağa çalışdı. Yenə cavab gəlmədi.

“Ermənistan KTMT(Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının)-nin üzvüdür və Azərbaycanın hərbi uğurları bu hərbi blokun nüfuzuna ağır zərbə vuracaq”-deyib, acizanə surətdə “Müttəfiqlərini həmrəylik göstərməyə, təşkilatın Nizamnaməsinin ruhuna və hərfi mənasına uyğun addımlar” atmağa çağırdı.

Az qala gündə bir neçə dəfə Rusiya prezidentinə zəng etdi və ona normal işləmək imkanı vermədi.

V.Putin birtəhər səbr edib N.Paşinyana dəfələrlə izah etməyə çalışdı ki, onun Ermənistanın problemlərini dinləməkdən başqa işləri də var və o bününçün işləməlidir. Anlamadı. Elə tutuquşu kimi eyni sözləri təkrarladı: “Azərbaycan Ordusu gəlir! Qabağında dura bilmirik! KTMT kömək eləməsə batacağıq!”.

Rusiya prezidenti yenə səbrini birtəhər basıb növbəti dəfə izahat verdi: “Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və heç kim bu münaqişəyə müdaxilə etmək haqqına sahib deyil”.

Yenə anlamadı.

Bundan sonra Rusiya prezidenti növbəti telefon zənglərindən canını qurtarmaq üçün “Rossiya 1” telekanalının müxbirinin vasitəsilə erməni baş nazirinə əlavə izahat verdi: “Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır".

Bu izahatın da N.Paşinyana çatmayacağını və onun V.Putinə ünvanlanan zəng-yalvarışlarının bitməyəcəyini anlayan mətbuat katibi D.Peskov daha kəskin bəyanat vermək məcburiyyətində qaldı: “Rusiya KTMT çərçivəsində Ermənistan qarşısında öhdəlik daşıyır! Qarabağ qarşısında heç bir öhdəlik daşımır!”.

Beləliklə, həm prezident Putin, həm də onun mətbuat katibi son dərəcə aydın şəkildə izah etdilər ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Qarabağda gedir. Qarabağ isə Ermənistan deyil, Azərbaycandır!

Yəqin ki, inanmayacaqsınız. Ancaq yenə də fenomenal erməni qanmazlığı nümayiş etdirib anlamadı.

Və həm Paşinyan, həm də onun bədbəxt günə qoyduğu ermənilər V.Putinin "Valday" beynəlxalq diskussiya klubundakı çıxışını səbrsizliklə gözlədilər.

O da danışdı və bu dəfə məhz ermənilərin anlayacağı dildə danışaraq Rusiyanın mövqeyini ortaya qoydu.

“Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır”- dedi və ermənilərə- siz özünüzü strateji müttəfiq saysanız da, Azərbaycan ən azı sizin qədər bizə yaxındır və Rusiya sizə görə bu nüfuzlu dövlətlə münasibətini pozmayacaq-həqiqətini anlatmağa çalışdı.

"Azərbaycanın torpaqlarının bir hissəsi işğal altındadır və bu vəziyyət sonsuzluğa qədər davam edə bilməz!"-deyərək, Azərbaycanın apardığı hərbi əməliyyatlara dəstək verdi.

Paşinyana isə son dəfə anlatmağa çalışdı ki, “ermənilərin gözlədiyi dəstək olmayacaq! Rusiya bu dəfə ermənilərin əvəzindən vuruşmayacaq!”.

Bu sözləri ilə məhv elədi erməniləri. Son yüz ilin ən ağılr zərbəsini vurdu onlara.

Bu azmış kimi növbəti zərbə ABŞ-in NATO-dakı nümayəndəsindən gəldi. O, açıq şəkildə bəyan etdi ki, “Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmaqla həll edilə bilər!”.

Ancaq yenə də ermənilərə ən böyük şoku həmişə olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaşatdı.Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verən Ali Baş Komandan ermənilərin arzularını gözlərində qoyacağını özünəməxsus qətiyyətlə bəyan etdi: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər”.

Bax, belə, Nikol! Görürsən Azərbaycan prezidenti səni işsiz qoymamaq üçün əlindən gələni edir. İndi get, mədəni muxtariyyat çərçivəsində qarabağ ermənilərinin rəqs ansamblını yarat, ona rəhbərlik elə və nə qədər istəyirsən “Yallı”get!

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans partiyasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...