Daş vannalar yonublar və o vannalara süd töküb, cavan uşaqları... - MÜSAHİBƏ

Cümşüd Nuriyev: “Dünyada ilk dəfə terroru dövlət səviyyəsində Ermənistan həyata keçirib”

Müsahibimiz siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevdir

- Cümşüd müəllim, ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycanda terror törədilə biləcəyi xəbərdarlığını edib və onları ehtiyatlı olmağa çağırıb. Sizcə, Ermənistan Azərbaycanda terror törədə bilərmi?

- ABŞ Dövlət Departamentinə bir vətəndaş kimi minnətdarlığımı bildirirəm. ABŞ rəsmən Azərbaycanın dövlət qurumlarının söylədiyi fikirləri təsdiqlədilər. Çünki bizim Dövlət Təhlükəsizlik Xidməti məlumat vermişdi ki, Azərbaycanda erməni terroru baş verə bilər. Bu ermənilərin xislətinə aid olan bir məsələdir. Dünyada ilk dəfə terroru dövlət səviyyəsində Ermənistan həyata keçirib. Bunların xüsusi hazırlıq yerləri var, bu hazırlıq yerləri indiki İran ərazisində və Bekan vadisindədir. Onun birində mən özüm olmuşam. Çox qəribə bir şeydir, deməli daş vannalar yonublar və o vannalara süd töküb, cavan uşaqları, yəni 12-15 yaşında oğlan uşaqlarını yığırlar ora və onlara çox yüksək səviyyədə xidmət göstərilir. Hər dəfə də, bunların yeməyinə azaçıq narkotika qatılır. Eyni zamanda, o cavan oğlan uşaqlarına süd vannalarında çox gözəl qızlar xidmət göstərir. Həmin oğlanlara burda aşılayırlar ki, sizə cənnətdə belə xidmət olunacaq, əgər siz verilən tapşırığı yerinə yetirsəniz. Yəni terroru mənimsəmək və terrorçu kimi yetişmək bunların qanındadır.

- Ermənilər bizim səmimiyyətimizdən və humanistliyimizdən istifadə edib, öz çirkin məqsədlərini reallaşdırmağa çalışırlar?

- Bəli, biz də uşaq doğulanda, qulağına Qurandan ayələr oxuyuruq, amma ermənilər doğulan uşağın qulağına S.Kaptukyanın sözləri var, həmin sözləri oxuyurlar. Yəni doğulmuş uşağın qulağına S.Kaptukyanın “ey aram sən ermənisən, sən xristiyansan, sən “böyük Ermənistan” uğurunda mübarizə aparmalısan, bir şeyi bilməlisən ki, türk bizim düşmənimizdir” sözlərini oxuyurlar, Belə bir ruhda böyüyən bir toplumun nümayəndəsi birmənalı şəkildə terrora dəstəkdir, terrora meyillidir. Dünyada yeganə partiyadır ki, ermənilərin “Daşnakstyun” partiyasının nizamnaməsində terror məsələsi əks olunub. Baxmayaraq ki, terror fransız mənşəli sözdür, sonradan bu söz terrora keçib. Ermənilərdə istənilən məqsədə çatmaq üçün, istənilən üsullardan istifadə etmək ayıb sayılmır. Yəni çirkin niyyətlərini reallaşdırmaq üçün mənəvi qadağa yoxdur, əxlaq çərçivəsi mövcud deyil, bir sözlə bunlarda insanlıqdan uzaq çox şey var.

- Azərbaycan cəmiyyəti cəbhədə acı məğlubiyyətlər yaşayan Ermənistanın ölkə daxilində terror əməlləri törədə biləcəyini anlayır. Bu baxımdan əhalinin tam şəkildə ehtiyatlı olduğunu demək olarmı?

- Ermənilərin xaç atası sayılan M.Xoranasi 1858-ci ildə erməni xalqının tarixi ilə bağlı çap etdirdiyi əsərində yazıb ki, “mən utanıram öz xalqım haqqında danışmağa, çünki bizimkilər vicdansız, şərəfsiz və qanunsuzu səvənlərdir”. O ermənilərə xalq deməlidir də, tayfa deməyəcək ki? Yəni, bunu ermənilərin “xaç atası” deyir, mən demirəm ki. Ona görə də, Bakıda məhz terrorun olacağı ehtimalı çox yüksəkdir. Amma birincisi, Azərbaycan dövlət səviyyəsində ona hazırlaşır, ikincisi, xalqda kifayət qədər bu məsələlərə hazırdır və bunun ciddiliyini qəbul edirlər. Çünki əvvəlki günlərlə avtobuslarda polis çox yüksək səviyyədə yoxlanış aparır. Ona görə də, inaşallah Bakıda və Azərbaycanın digər şəhərlərində terrorun olmayacağına ümid edirəm. Yəni terrorun olacağını biz bilə-bilə əgər buna qarşı təbliğat aparırıqsa, deməli bunun baş tutması mümkün deyil.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...